Fransa Peruya qarşı - Yenilənir



 

Dünya çempionatında C qrupunun və günün ikinci oyunu keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, turnirin favoritlərindən olan Fransa Peru ilə qarşılaşacaq.

İlk oyunda Avstraliya üzərində 2:1 hesablı çətin qalibiyyət əldə edən avropalılar bu dəfə cənubi amerikalıların müqavimətini qırmağa çalışacaq.

Didye Deşamın komandası qələbə qazanmaqla növbəti mərhələ işini 90 faiz həll etmək üçün meydana çıxacaq.

DÇ-2018

C qrupu

19:00. Fransa – Peru