İran Mədəniyyət Günləri keçiriləcək



 

27 iyun - 1 iyul 2018-ci il tarixində Azərbaycanda İran ın  Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, tədbir çərçivəsində İran İslam incəsənət ustalarının iştirakı ilə konsertlərin, sərgilərin keçirilməsi, film və teatr tamaşalarının nümayişi nəzərdə tutulub.

İranın Mədəniyyət Günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, incəsənət ustalarının və insanların bir-birini daha yaxından tanımasına, sıx ünsiyyət qurulmasına, İranın mədəni nailiyyətlərinin Azərbaycan sənətsevərlərinə təqdim edilməsinə, təcrübə mübadiləsinin genişlənməsinə  xidmət edəcəkdir.

Mədəniyyət Günləri çərçivəsində İranın Mədəniyyət və İslami İrşad naziri doktor Seyid Abbas Salehinin başçılığı altında İranın tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyəti ölkəmizə səfərə gələcəkdir.

Mədəniyyət Günləri çərçivəsində keçiriləcək tədbirlərin proqramı: