Yaponiyada güclü zəlzələ, ölənlər var



 

Bu gün səhər Yaponiyanın Osaka prefekturasında 6,1 bal gücündə zəlzələ baş verib. “Qafqazinfo” xəbər verir ki, zəlzələ ocağı yerin 13 kilometr dərinliyində qeydə alınıb. 

Nəticədə beş nəfər ölüb. Xəsarət alanların sayı 395 nəfərdir.  

Yüz min ailə qazsız, 110 min ev elektrik enerjisiz qalıb. Zəlzələ dəmir yolu nəqliyyatının işini də iflic edib. Beynəlxalq hava limanında təyyarələrin uçuş və enişlərinə müvəqqəti qadağa qoyulub.