DÇ-də ilk turun “ən”ləri - Messi də siyahıdadır



 

Dünya çempionatında ilk turun ən yaxşıları müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, “ən”lər arasında gözlənilməyən adlar da var.

Topa ən çox toxunan futbolçu: Xavier Maskerano (Argentina, 153 dəfə)

Ən çox düzgün ötürmə verən futbolçu: Xavier Maskerano (Argentina, 133 dəfə)

Hücumda ən çox düzgün ötürmə verən futbolçu: Məsut Özil (Almaniya, 47 dəfə)

Ən çox hava toplarını qazanan futbolçu: Otamendi (Argentina, 9 dəfə)

Rəqib qapıya ən çox zərbə endirən futbolçu: Messi (Argentina, 11 dəfə)

Ən çox zərbə vurmaq üçün ötürmə verən futbolçu: Keran Tripper (İngiltərə, 6 dəfə)

Rəqib meydançasında ən çox topa toxunan oyunçu: Eden Azar (Belçika, 15 dəfə)

Rəqiblərinə qarşı ən çox kobudluq edən futbolçu: Aleksandr Qolovin (Rusiya, 7 dəfə)

Ən çox faula məruz qalan futbolçu: Neymar (Braziliya, 10 dəfə)

Rəqiblərindən ən çox top “oğurlayan” futbolçu: Vilmar Barrios (Kolumbiya, 7 dəfə)

İkili mübarizələrdə ən çox qazanan futbolçu: Etebo (Nigeriya, 19 dəfə)

Rəqiblərinə ən çox driqblin edən futbolçu: Etebo (Nigeriya, 9 dəfə)

Rəqiblərin arasından ən çox düzgün ötürmə verən futbolçu: Xose Ximenes (Uruqvay, 9 dəfə)

Ən çox seyv edən qapıçı: Gilyerme Oçoa (Meksika, 9)

Ən çox top itirən futbolçu: Messi (Argentina, 27 dəfə)