100-dən çox can alan vulkan yenidən aktivləşdi



 

Qvatemalada 100-dən çox insanın həyatına son qoyan Fueqo vulkanı yenidən aktivləşib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər vulkanın kraterində partlayışlar müşahidə ediblər. Qazlar və küllər 5 kilometr hündürlüyə qalxıb. Onlar külün yaxınlıqdakı məntəqələrə, xüsusilə paytaxt Antiquaya doğru hərəkət edəcəyini bildirirlər. 

Qeyd edək ki, əvvəlki vulkan püskürməsi nəticəsində 109 nəfər ölüb, 200 nəfərin taleyindən isə xəbər yoxdur.