Trampdan aktyorun söyüşlərinə cavab - “Geridəqalmış”



 

ABŞ prezidenti Donald Tramp aktyor Robert De Nironun ünvanına səsləndirdiyi kobud ifadələrə cavab verib.

"Qafqazinfo"nun "RİA Novosti"yə istinadən məlumatına görə, Ağ Ev rəhbəri aktyor haqda bunları deyib: "Robert De Niro İQ səviyyəsi aşağı olan, film çəkilişləri zamanı başından çoxlu zərbələr alan biridir. Mən onun çıxışına baxdım və əmin oldum ki, onun beyni silkələnib. Başa düşmür ki, iqtisadiyyatımız çox yaxşı vəziyyətdədir və məşğulluq maksimum səviyyədədir. Oyan, geridəqalmış!". 

Xatırladaq ki, De Niro "Toni" mükafatlandırma mərasimində səhnəyə çıxaraq açıq şəkildə Trampı söymüşdü.