Paytaxtda restoran yanıb



 

Bakıda restoranda yanğın olub. 

“Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakının  Xəzər rayonunda ümumi sahəsi 600 m² olan birmərtəbəli restoranın dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Yanğın zamanı 10 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.