Abadi seçkilərin yenidən keçirilməsi təklifini rədd etdi



 

İraq Baş naziri Heydər əl-Abadi parlament çağırışlarının yenidən keçirilməsi təklifini rədd edib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Abadi hazırki nəticələrə uyğun şəkildə yeni hökumətin qurulmasının vacib olduğunu söyləyib:

“Seçkilər keçirildi. Artıq geriyə qayıtmaq mümkün deyil. Nəticəni ləğv etməyə nə hökumətin, nə də parlamentin səlahiyyəti yoxdur. Bunu yalnız məhkəmə orqanı edə bilər”.

Xatırladaq ki, İraqda seçkilərdən sonra qalmaqallar yaşanır. Seçkilərdə saxtakarlıq edildiyi iddiası ilə bülletenlərin yenidən sayılmasına qərar verilmişdi. Lakin, bülletenlərin saxlanıldığı anbar 10 iyunda yanıb. Yanğının bilərəkdən törədildiyi iddia edilir. Hadisə ilə əlaqədar 4 nəfər həbs edilib.

Qeyd edək ki, bu hadisədən sonra İraq Milli Məclisinin sədri Səlim əl-Cuburi və prezidentin köməkçisi İyad Əllavi seçkilərin yenidən keçirilməsi barədə çağırış edib.