“Real”ın baş məşqçisi məlum oldu



 

Madridin “Real” klubu Zinəddin Zidandan boşalan baş məşqçi postuna yeni təyinatı həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, “Kral klubu” ispan məşqçi Xulen Lopeteqi ilə anlaşıb.

51 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq.

Onun 2018-ci il dünya çempionatından sonra İspaniya millisi ilə vidalaşacağı və "Real"da vəzifəsinin icrasına başlayacağı açıqlanıb.

Qeyd edək ki, X.Lopeteqi 2016-cı ildən bu günə kimi İspaniya millisini çalışdırırdı. O, müxtəlif vaxtlarda “Rayo Valyekano” və “Portu” kimi klubları da çalışdırıb. 2008-2009cu illərdə isə “Real Madrid”in gənclərdən ibartə komandasına rəhbərlik edib.