Federiko rəsmən “Neftçi”də



 

“Neftçi” daha bir transferini rəsmiləşdirib.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" Dario Federiko ilə 1 illik müqavilə imzalayıb. 27 yaşlı braziliyalı hücumçu “ağ-qaralar”ın heyətində 10 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, Dario Federiko ötən mövsüm Gəncənin "Kəpəz” klubunun heyətində 13 oyunda meydana çıxıb və 4 qolun müəllifi olub.