Sürücü maşını piyada keçidində insanların üstünə sürdü - 6 yaralı



 

Yaponiyanın paytaxtı Tokioda sürücü avtomobili piyada keçidindəki insan kütləsinin üstünə sürüb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 6 nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən 52 yaşlı sürücünü tutublar. O, polisə ifadəsində qaz və əyləcin yerini səhv saldığını, nəticədə qəza baş verdiyini deyib.