Renat Dadaşov Portuqaliya klubuna transfer oldu



 

Milli komandamızın hücumçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib.

“Qafqazinfo” Sportal.az-a istinadən xəbər verir ki, 19 yaşlı forvard karyerasını Portuqaliyada davam etdirəcək.

Dadaşov ikinci liqa təmsilçisi “Eştoril”lə müqavilə imzalayıb.

Qeyd edək ki, Dadaşov ötən il “Ayntraxt” klubu ilə peşəkar müqavilə imzalasa da, əsas komandada şans qazana bilməmişdi. Mövsümün gedişində komanda yoldaşı və məşqçisi ilə dalaşan Renat komandadan qovulmuşdu.