Şamaxıda mikroavtobus minik maşını ilə toqquşdu



 

Şamaxı rayonunun Mirikənd kəndində “Mercedes” markalı minik avtomobili və “Ford” markalı mikroavtobus toqquşub.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, qəza zamanı mikroavtobusda olan xəsarət alan 1 nəfər sərnişin maşında sıxılaraq köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan xilasedicilər yaralını müvafiq qaydada mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Qeyd edək ki, ilkin məlumata görə, qəza nəticəsində 10-a yaxın şəxs xəsarət alıb.

Murad Əhməd