Məscidlər bağlanır, imamlar deportasiya edilir - Avropada qalmaqallı qərar



 

Avstriyanın baş naziri Sebastian Kurz ölkədəki 7 məscidi bağlayacaqlarını və bir neçə imamı deportasiya edəcəklərini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir qərarın Vyanadakı bir məsciddə Çanaqqala savaşının canlandırıldığı bir tədbirdə uşaqlara əsgər və şəhid rollarının oynadılmasından sonra qəbul edildiyini açıqlayıb.