BVF 50 milyardlıq borca razı oldu



 

Beynəlxalq Valyuta Fondu (BVF) iqtisadi böhran keçirən Argentinaya 50 milyard dollar borc verməyi qəbul edib.

"Qafqazinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, 3 illik borc müqaviləsinin İdarə Heyəti tərəfindən təsdiqlənməsi gözlənilir. 

Qeyd edək ki, illərdir iqtisadi çətinliklə üzləşən Argentina mayın 8-də borc üçün BVF-yə müraciət edib. Ancaq prezident Maurisio makrinin BVF-dən borc istəməsi ölkədə etiraza səbəb olub. Əhali 2001-ci ildəki iqtisadi böhrana elə BVF-nin səbəb olduğunu iddia edir.