Putinlə Tramp bu ölkədə görüşəcəklər - Razılıq alındı



 

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın görüşü olacaq.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, görüş yeri kimi isə Avstriya seçilib. Artıq Avstriya hökuməti də iki dünya liderinin görüşünü təşkil etməklə bağlı razılıq verib.

"Avstriyalılar artıq bu görüşə hazır olduqlarını bildiriblər. Ancaq hər iki liderin görüşü haqda hələlik heç bir məlumat verə bilmərik", - deyə Ağ Evdən bildirilib.