Türkiyə İraqın 3 bölgəsinə zərbə endirə bilər



 

Türkiyə İraqın 3 bölgəsinə zərbə endirə bilər.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, İraq hökuməti PKK terror təşkilatının öhdəsindən gələ bilməsə, Sincar, Qəndil və Mahmura zərbələr endiriləcək.

Xatırladaq ki, daha əvvəl xarici işlər naziri Mövlud Çavuşoğlu İraqın baş naziri Heydər əl-Abadi ilə görüşündə Ankaranın PKK-ya qarşı əməliyyatlarda Bağdada dəstək olacağını bildirmişdi.