Çoxları bəyənməsə də, bu əsərlər milyonlarla dollara satılıb - Fotolar



 

İncəsənət sərhəd tanımır. Xüsusilə söhbət əgər rəsm əsərlərindən gedirsə... Şəkillər - rəssamın şüurunun, hislərinin və dünyagörüşünün güzgüsüdür. 

"Qafqazinfo" çoxlarının bəyənmədiyi, ancaq hərraclarda milyonlarla dollara satılan rəsm əsərlərini təqdim edir: 

Luço Fontana. "Məkan konsepsiyası. Gözləmə"

Fontana məhz bu əsəri ilə bütün dünyada tanındı. Əsər hərracların birində yarım milyon dollara satılıb. Əsərdə məkan, zaman, səs, hərəkət və rəngin birləşməsi əks olunub. 

Joan Miro. "İt"

Joan Mironun bu əsəri heç də hamının xoşuna gəlmir. Abstrakt üslubda çəkilmiş bu əsərdə eyni zamanda sürrealizmə yaxınlıq da var. Onun bu əsəri uşaq rəsmlərini xatırlatsa da, "İt" 2,2 milyon dollara satılıb. 

Herhard Rixter

Herhard hər il 10-larla rəsm çəkir və dünyanın ən bahalı rəssamlarından hesab olunur. Onun bu əsəri 46,3 milyon dollara satılıb. 

Say Tvombli 

XX əsrin məşhur rəssamı Say Tvomblinin bu əsəri abstrakt üslubda çəkilib. Əsər 9 milyon dollara satılıb. 

Kristofer Vul. "Akopalipsis bu gün"

Kristofer 2013-cü ildən bu əsərinə görə məşhurlaşıb. Şəkil 26,5 milyon dollara satılıb. Hazırda Vul Nyu-Yorkun ən bahalı rəssamlarından hesab edilir. 

Robert Rayman. "Körpü"

Robertin bu əsəri 2015-ci ildə hərrac zamanı hər kəsin marağına səbəb olmuşdu. əsər 20,6 milyon dollara satılıb. Hamı onu minimalist kimi qəbul etsə də, Rayman özünü realist hesab edir. 

Casper Cons. "Bayraq"

2014-cü ildə keçirilmiş hərrac zamanı bu əsər 36 milyon dollara satılıb. Cons bu əsəri ordudan qayıtdıqdan sonra çəkib.