500 milyon illik iz tapıldı - Foto



 

Çindən dünyanın ən qədim heyvanının ayaq izi tapılıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Yanszı çayı yaxınlığında əhəngdaşı qalığının üzərində tapılan iz bir neçə millimetrdir.

Hazırda Nansinq Geologiya və Paleontologiya İnstitutu və Virciniya Texnologiya Universitetinin birgə araşdırmaçı qrupu ayaq izi üzərində tədqiqatlar aparır. Bu tapıntının heyvanların təkamülü sahəsində önəmli bir dəlil olduğu bildirilir.

İzin onurğasız canlılardan olan buğumayaqlıların və ya annelid nəslinin bir bir növünə, həmçinin 541-551 milyon ilə aid olduğu ehtimal edilir.