Vulkan püskürməsindən sonra yeni ərazilər yarandı - Fotolar



 

Havay adalarında Kilauea vulkanının püskürməsindən sonra bölgənin coğrafi quruluşunda dəyişikliklər baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, vulkan lavasının geniş əraziyə yayılması səbəbindən bir çox ərazi yox olub, körfəzlərdə isə yeni sahələr yaranıb.

ABŞ Geoloji Araşdırmalar Mərkəzinin geoloqu Vendi Stovall bildirib ki, vulkanın daha böyük püskürməsi gözlənilir.

Qeyd edək ki, adada təbii fəlakətdən sonra 2 minə yaxın insan təhlükəsiz bölgələrə təxliyyə edilmişdi.