Braziliya və Portuqaliya liderləri Əliyevi təbrik edib



 

Braziliya Federativ Respublikasının prezidenti Mişel Temer dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib.
 
“Qafqazinfo”nun məlumatına görə , məktubda deyilir:

“Cənab Prezident.
 
Azərbaycan xalqının müsəlman dünyasında demokratik inkişafın ilk modelini yaratdığı Azərbaycan Xalq Cümhuriyyətinin tarixi 100 illik yubileyi münasibətilə Zati-alinizə və xalqınıza səmimi təbriklərimi çatdırıram.
 
Braziliya və Azərbaycan arasındakı əlaqələrin hazırkı inkişaf mərhələsi iki ölkənin tərəqqisinə və rifahına töhfə verir.
 
Hörmətli cənab Prezident, xalqlarımız arasındakı dostluq münasibətlərinin və müxtəlif sahələrdə əməkdaşlığımızın möhkəmləndirilməsi üçün daim çalışacağıma əmin olun.
 
Zati-aliləri, Sizə xoşbəxtlik, ali dövləti vəzifənizin həyata keçirilməsində uğurlar arzulayıram. Xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edəsiniz”.
 
Portuqaliya prezidenti Marselo Rebelo de Souza da prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
 
Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident!
 
Xalqınızın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə Portuqaliya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyur, Sizə xoşbəxtlik, Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram.
 
Azərbaycan üçün bu əlamətdar gündə ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərini dərinləşdirmək, hər iki ölkənin siyasi, mədəni və iqtisadi sahələrdə mövcud potensialından xalqlarımızın mənafeyi naminə tam istifadə etmək əzmində olduğumu bildirmək istəyirəm.
 
Cənab Prezident, Sizi bir daha səmimi qəlbdən təbrik edir, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.