Pike ilə Şakiranın evini soydular



 

"Barselona" müdafiəçisi Jerar Pike ilə kolumbiyalı müğənni Şakiranın evi soyulub.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, soyğunçular cütlüyün Barselonadakı evindən qiymətli əşyaları, saat və zərgərlik məmulatlarını oğurlayıblar. Hadisə zamanı evdə heç kəs olmayıb.

Belə ki, Şakira Avropa turundadır, Pike isə Dünya Çempionatına hazırlaşır. Pikenin valideynləri oğurluqla bağlı polisə xəbər veriblər, tədqiqatlar başlanıb.