Qvatemalada ölənlərin sayı 99-a çatdı



 

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 99-a çatıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, son on ilin ən güclü vulkan püskürməsi nəticəsində 296 nəfər xəsarət alıb, 200 nəfərin taleyindən isə xəbər yoxdur. 

Qeyd edək ki, vulkan nəticəsində xəsarət alanlara artıq qonşu dövlətlərin də yardımı başlayıb. Ötən gün xilas edilən 6 uşaq ABŞ-a evakuasiya olunub.