Maradona əməliyyat olunacaq



 

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona Kolumbiyada xəstəxanaya yerləşdirilib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Maradona dizindən əməliyyat ediləcək. Futbolçunun cərrahı isə 17 il əvvəl eyni əməliyyatı keçirən German Oçoa olacaq. Maradona 6-8 gün xəstəxanada qalacaq. O, 4 aydan çoxdur ki, ayaqlarındakı ağrıdan şikayətçi imiş. 

Qeyd edək ki, Brest "Dinamo"sunun prezidenti Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatında şərhçi kimi çıxış edəcək.