Azərbaycan ən çox xal topladı - “Dördlər finalı”na çıxa bilmədi



 

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Qızıl Avropa Liqasının “Dördlər finalı”na vəsiqə qazana bilməyib.

“Qafqazinfo” xəbər verir ki, B qrupunda mübarizə aparan Macarıstan və Finlandiya arasındakı matçdan sonra komandamızın arzuları puç olub.

Görüş Macarıstanın 3:2 üstünlüyü ilə bitib. Finlandiya bu oyunda xal qazandığı üçün qrup liderliyini təmin edib. Ev sahibi kimi “Dördlər finalı”na qatılacağı əvvəldən bəlli olan Macarıstan qrup lideri olmadığı üçün, Azərbaycanın ən yaxşı qrup ikincisi olaraq növbəti mərhələyə yüksəlməsi də mümkün olmayıb.

Finlandiya və Macarıstanla yanaşı, Bolqarıstanla Çexiya da “Dördlər finalı”na vəsiqə qazanıblar.

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan 15 xalla turnirdə Bolqarıstanla birlikdə ən çox xal toplayan komanda olub.