Federasiyada yeni vitse-prezident təqdim olundu



 

Bu gün Azərbaycan Pankration, Grappling və MMA Federasiyasında yeni təyin olunmuş vitse-prezidentin təqdim olunma mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, 3 idman növü üzrə federasiya prezidenti Azad Əsgərov iclasda çıxış edib.

O, səsvermədə qalib olan Tural Etibar oğlu Mirzəyevi federasiya nümayəndələrinə təqdim edib.

A.Əsgərov T. Mirzəyevin əmək fəaliyyətindən danışıb, onun qarşısında mühüm vəzifələr dayandığını qeyd edib və bu vəzifənin icrasında 1-ci vitse-prezidentə  müvəffəqiyyətlər arzulayıb.