Rusiya-Türkiyə oyunu heç-heçə bitdi - Video



 

Futbol üzrə Rusiya millisi Dünya Çempionatına ev sahibliyinə hazırlıq mərhələsində Türkiyə yığması ilə yekun görüş keçirib.

"Qafqazinfo" xəbər verir ki, matç 1:1 hesabı ilə başa çatıb. Rusiya millisinin tərkbində 35-ci dəqiqədə Aleksandr Səmədov, Türkiyə yığmasından isə 59-cu dəqiqədə Yunis Malli fərqlənib. 

Xatırladaq ki, futbol üzrə DÇ 14-15 iyun tarixində Rusiyanın 11 şəhərində keçiriləcək.