“Bu, gözlədiyim deyildi” - Qurban Qurbanov



 

Milli komandamızın baş məşqçisi Qurban Qurbanov Qazaxıstana 0:3 hesablı məğlubiyyətdən sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, Qurbanov öncə yoldaşlıq görüşünü dəyərləndirib:

“İlk növbədə Qazaxıstan yığmasını təbrik etmək istəyirəm. Bizim komandanın problemləri haqda özümüz danışacağıq. Qazaxıstan yaxşı oynayırdı. İlk 20 dəqiqədə uduzduq, sonradan toparlandıq və futbol göstərə bildik. Ancaq bu, gözlədiyim deyildi”.

- Qazaxıstan yığması sizi nəyləsə təəccübləndirə bildi?

- Başa düşürdük ki, oyun çətin olacaq. Qazaxıstan futbolu hazırda inkişaf edir və bu, yalnız klub səviyyəsində deyil.

- Komandanız erkən qol buraxandan sonra sanki dağıldı. Buna səbəb nə oldu?

- Onlar buna hazır idilər desəm, buna inanmazsınız. Ancaq bilirdik ki, rəqib ilk dəqiqələrdən pressinq edəcək. Komandamda bu təzyiqi davam gətirmək üçün güc çatmadı.

- İkinci hissənin ortalarında əvəzetmələr etdiniz. Gənclərə oynamağa imkan verdiniz, yoxsa matçı xilas etməyin yollarını axtarırdınız?

- Yox, burda məsələ başqa şeydədi. Heyətdə dəyişiklərə əl etdim. Əvəzetmələr futbolçulara növbəti matçlara çıxa bilmələrini sübut etmələri üçün şansdı. 

- Qazaxıstan millisində kimi qeyd edərdiniz?

- Artıq qeyd etdim ki, qazaxıstanlılar artırıblar, xüsusilə də hücumda. Komanda topa daha yaxşı topa nəzarət etməyə, hücumda yaratmağa başlayıb. Ön xəttin üzvlərini qeyd edərdim. Onlar öz hərəkətləriylə bizə ciddi problem yaratdılar.

- Bir neçə gün öncə Qırğızıstan yığmasıyla oynadınız. Bu iki yığmanı müqayisə edə bilərsiniz?

- Fərq əhəmiyyətli dərəcədi, ancaq müqayisə etmək istəmirəm. Qazaxıstan millisi əməlli güclüdü.