Qurban Qurbanovun növbəti sınağı



 

Bu gün Azərbaycan millisi növbəti yoxlama görüşünü keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda səfərdə Qazaxıstanla qarşılaşacaq.

Qarşılaşma Bakı vaxtilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, bu, millimizin Qurban Qurbanovun rəhbərliyi altında 5-ci oyunu olacaq. Bunadək 4 yoxlama oyunu keçirən yığmamız Moldova və Makedoniya ilə heç-heçə edib, Belarusa məğlub olub, Qırğızıstana qalib gəlib.

5 iyun

Yoldaşlıq görüşü

18:00. Qazaxıstan – Azərbaycan

Hakimlər: Aleksandr Tyan, Andrey Bodyan, Viktor Mardari, Dmitri Muntyan (hamısı Moldova)

Astana. "Astana Arena”