Vulkandan ölənlərin sayı 65 oldu - Yenilənib+Fotolar



 

Qvatemalada Fueqo Yanardağında vulkan püskürməsi nəticəsində ölənlərin sayı 62-yə yüksəlib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, lavalar El Rodeo qəsəbəsindəki evləri məhv edib, xeyli sayda sakin yanıb.

Fueqo qaya, duman və kül püskürtməyə davam edir. Xeyli sayda yaralı müalicə olunur. 3 min 200 nəfər isə daha təhlükəsiz yerə köçürülüb.

Vulkan püskürməsi nəticəsində ümumilikdə 1,7 milyon nəfərə ziyan dəyib. 

***

Vulkan püskürməsi nəticəsində ölənlərin sayı artaraq 65 olub.