Məşhur şirkətdən gözlənilməz qərar - Fransadan geri addım



 

 

ABŞ-ın İranla nüvə sazişindən çıxmasından sonra İranla əməkdaşlığını davam etdirəcəyini açıqlayan Fransa geri addım atıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Pejo” (“Peugeot”) və “Citroen” avtomobil markalarının daxil olduğu Fransanın məşhur avtomobil istehsalçısı - PSA şirkətlər qrupu İrandakı fəaliyyətini 6 avqusta qədər dondurub.

Şirkətdən bildirilib ki, ortaq məxrəcə gələ bilmək üçün hazırda ABŞ rəhbərliyi ilə danışıqlar aparılır.

Məlumat üçün bildirək ki, İranda “Khodro” və “Saipa” şirkəti ilə birlikdə avtomobil istehsal edən PSA şirkəti, ötən il bu ölkədə 444 mindən çox avtomobil satıb.