Serbiyaya səfər etmək istəyirsiniz? - Bu fürsəti qaçırmayın



 

Xəbər verdiyimiz kimi, Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edilir. Artıq vətəndaşlarımız iyunun ikisindən etibarən Serbiyaya vizasız səfər edə bilirlər.  Qərarın böyük marağa səbəb olmasını və sosial şəbəkələrdə Serbiyaya səfər etmək üçün münasib səfər turları axtaranların çoxluğunu nəzərə alıb sizə ən sərfəli Serbiya turunu təklif edirik. 

“Qafqazinfo” xəbər verir ki, ayın əvvəli təntənəli açılışını edən “Liatris Travel” şirkəti ən münasib qiymətə Serbiya turuna start verib. Belə ki, Bakı şəhərindən uçuş, transfer, sığorta, səhər yeməyi də daxil olmaqla oteldə qonaqlama xidmətə daxil edilib.

Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb. Səfər iyulun 1-dən 7-nə kimi nəzərdə tutulub.

Qeyd edək ki, ödənişlər yalnız manatla, günün məzənnəsinə uyğun olaraq qəbul olunur. 

Beləliklə, bütün bu sadaladıqlarımıza sadəcə 599 avro (1190 AZN) ödəməklə 6 gecə, 7 gün Balkan ölkəsini görmək şansı əldə edə biləcəksiniz.