İsrail yenə Qəzzanı bombaladı



 

Fələstin torpaqlarını işğalda saxlayan İsrail ordusu Qəzza Zolağını bombalayıb.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, hədəf “Həmas”ın silahlı qolu “Qəssam Tuqayları”na məxsus Arin mövqeyi olub.

İtkilərlə bağlı məlumat açıqlanmayıb.

Xatırladaq ki, bir neçə gün öncə işğalçı İsrail ordusu Əyn-Calut və “Yərmuk”u da bombalamışdı.

Qeyd edək ki, həftə içində Fələstin rəsmiləri İsraillə atəşkəsə əməl edilməsi barədə təklif irəli sürmüş, lakin qarşı tərəf bunu rədd edərək əməliyyatlara davam edəcəyini açıqlamışdı.