Qardaşı tərəfindən bıçaqlandı, günahı inəyin boynuna atdı



 

Ötən gün axşam saatlarında Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, dünən axşam saatlarında rayonun Sarvan kəndinin 36 yaşlı sakini Amid Fərəc oğlu Əsədov sağ sağrı nahiyəsindən aldığı bıçaq xəsarəti nəticəsində daxili qanaxma ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Xəsarət alan ilkin ifadəsində bıçaq xəsarətini tövlələrindəki iribuynuzlu heyvanın ucbatından özü özünə yetirdiyini deyib. Belə ki, heyvanın boynuna dolanmış ipi açmaq istəyərəkən onu vurub və bu zaman əlindəki bıçaq özünə batıb.

Lakin polisin apardığı təhqiqat nəticəsində məlum olub ki, Amid Əsədov ailə münaqişəsi zəminində 29 yaşlı qardaşı Təbriz Əsədov tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırmalara başlanılıb.