Türkiyə baş naziri Medvedevə zəng edib



 

Rusiya və Türkiyə baş nazirləri Dmitri Medvedevlə Binəli Yıldırım arasında növbəti telefon danışığı olub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan danışıq zamanı tərəflər “Akkuyu” nüvə stansiyasının və “Türk axını” qaz boru kəmərinin tikintisi ilə bağlı məsələləri müzakirə ediblər.