Şahin Mustafayevin yeni müavinləri bəlli oldu



 

İqtisadiyyat nazirliyində yeni təyinatlar olub.

 “Qafqazinfo” xəbər verir ki, Şirzad Abdullayev və Rüfət Məmmədov nazir Şahin Mustafayevə müavin təyin olunublar.

Qeyd edək ki, bu təyinatadək R. Məmmədov “AzPromo”nun rəhbəri, Ş. Abdullayev isə  Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru vəzifəsində çalışıb.