Bakıda 2 piyadanı vurub qaçan sürücülər saxlanılıb



 

Bakıda qəza törədərək hadisə yerindən yayınan sürücülər saxlanılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, iyunun 1-də Xırdalan şəhər sakini E.Teymurov avtomobillə vurulub və  xəstəxanaya yerləşdirilib. Yeniyetmənin saat 13 radələrində şəhər ərazisində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub. Xəstəxanada ona ilkin tibbi yardım göstərilərək buraxılıb.

Hadisənin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilib. Hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Cəbrayıl rayon sakini Orxan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Analoji hal Sabunçu rayonunda da baş verib. Mayın 30-da Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Ədilə Qasımovanın xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Xaliq Qasımov da saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.