Brend adı üçün irəliləyən şirkət - “Ləziz Catering”



 

 

“Ləziz Catering” işə professional yanaşması, yüksək səviyyəli xidməti və keyfiyyətə önəm verməsi ilə qısa zamanda ətrafına geniş müştəri kontingenti toplayaraq seçilmiş bir marka olmaq yolunda irəliləyir.

“Qafqazinfo” xəbər verir ki, 500 kv.m- dən artıq ərazidə dünya standartlarına cavab verən müasir mətbəx avadanlıqları ilə təchiz edilib.

Uğurumuzun sirrini 3 sözlə ifadə etmiş olsaq, keyfiyyət, təmizlik və sevgi deyərdik. Yeməyin dadı, keyfiyyəti ilə yanaşı, diqqət ayırdığımız digər önəmli nüans təmizlik olduğundan, hazırladığımız ləzzətlərin bütün gigiyenik qaydalara uyğun şəkildə bişirilməsinə və təqdim olunmasına çalışır, ən incə ayrıntılara qədər nəzər yetiririk. Bir yeməyin uğuru isə onun sevgi ilə, həvəslə bişirilməsindən asılıdır.   

Müştəri məmnuniyyəti, peşəkar işçi heyəti və qida təhlükəsizliyi sahəsində göstərdiyi xidmətlərlə yemək sektorunda daima qabaqcıl pillələrdə dayanan firma olmaq bizim xüsusi missiyamızdır.

Məqsədimiz isə: yemək sektorunda qida təhlükəsizliyinə və insan sağlamlığına dəyər verən müştərilərin üstünlük verdikləri brend olmaq.

Hədəflərimiz

Keyfiyyəti artıraraq sektorda liderliyimizi daima qoruyub saxlamaq

Keyfiyyət Meyarlarımız

Müştərilərə yüksək keyfiyyətli xidmətlər göstərək Müştəri / İstehlakçı məmnuniyyətini artırmaq

Çatdırılma Xidməti

Bakıda fəaliyyət göstərən və işçi sayı 20-1000 arasında olan müştərilərimiz üçün çatdırılma xidməti də həyata keçiririk. Yeməklər öz mətbəximizdə keyfiyyət standartlarına cavab verən şəkildə hazırlanaraq müştərinin ünvanına çatdırılır, istəyə uyğun olaraq ofisiant və təmizlik işçisi də təyin edilərək yeməkdən əvvəl hazırlıq və yeməkdən sonra təmizlik işləri və yeməkxananın təşkili xidməti təqdim edilir.

Yemək Menyuları

Çatdırılma xidmətində təqdim etdiyimiz menyular əsasən 4 növ yeməkdən təşkil edilmişdir. Ancaq müştərinin tələbinə uyğun olaraq xüsusilə əsas yeməklərin sayı artırıla bilər.

Çatdırılma Qaydası

yeməklərin firmalara çatdırılması zamanı keyfiyyətinin itməməsi və xarab olmaması üçün böyük səy göstəririk. İlk növbədə temperaturunu və keyfiyyətini itirməməsi üçün termobox qutulara qablar yerləşdirilir, qapaqları yaxşıca bağlanılır və streçlənir. Həyata keçirilən bütün işlərdə işçilərimiz müvafiq yerlərdə əlcək və baş örtüyündən istifadə edir ki, beləcə təmiz və etibarlı çatdırılma xidməti həyata keçirilir.

Həmçinin “Ləziz Catering” “İlin ən yaxşı katerinq şirkəti”  nominasiyası üzrə “Navigator Business Award 2017” mükafatına da layiq görülmüşdür.