Bu ölkədə sünnət edənlərə həbs cəzası istənilir - Qalmaqallı təklif



 

Müsəlmanlara qarşı sərt qanunları və dini müqəddəsləri təhqirlərlə daim gündəmdə olan Danimarkada daha bir qalmaqallı qanun layihəsi hazırlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, layihədə 18 yaşından kiçik oğlanların tibbi səbəb olmadan sünnət edilməsi qadağan edilir.

Bunu edənlərə isə 6 il həbs cəzasının verilməsi təklif edilir.

“Intact Denmark” adlı sosial qruplaşma üzvləri qanun layihəsi üçün 50 min imzalı müraciət forması toplayaraq parlamentə təqdim ediblər. Layihənin parlamentdə müzakirəyə çıxarılması gözlənilir.