Fərəh Rəşadətliyə 10 il iş istənildi



 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilənlər - "DəmirBank"ın Bayıl filialının müdiri Fərəh Rəşadətli, xəzinadar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevə cəza istənilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək F.Rəşadətlinin 10 il, F.Qarayevin 1 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. T.Xanlarovanın isə 2 il müddətinə islah işlərinə cəlb olunmasını təklif edib.

Proses iyunun 8-də davam etdiriləcək.

İttihama görə,  F.Rəşadətli zərərçəkən Axundova Əzizə Tofiq qızından 1 milyon 255 min dollar alıb. Axundov Bəhruz Həsən oğlundan 800 min manat dollar , Əliyeva Pərvanədən 400 min manat dollar , Axundova Gülnür 300 min dollar, Xəlilova Sevda Rüstəm qızından 300 min dollar, Xəlilova Firəngiz 150 min dollar, Nərgiz Məmmədlidən 150 min dollar, Ruslan Qasımovdan 100 min dolları əmanət kimi alaraq mənimsəyib. 

"DəmirBank"ın nümayəndəsi mülki iddia qaldıraraq banka dəyən maddi və mənəvi ziyana görə 100 min manat ödənilməsini tələb edib.

F.Rəşadətlinin himayəsində 2 azyaşlı uşağı var. 

Murad Əhməd