Seçki günü terror törədəcəkdilər - Ər-arvad, məktəbli, evdar qadın



 

Malaziyada 9 may parlament seçkiləri günü terror aktı törətməyə hazırlaşan şəxslər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, saxlanılan 15 nəfər arasında əcnəbilər də var. Polis inspektoru Tan Sri Məhəmməd Fuzi Harunun sözlərinə görə, 5 ştatda aparılan əməliyyat zamanı 6 yerli vətəndaş, 6 filipinli, 1 banqladeşli və Şimali Afrikadan olan ər-arvad saxlanılıb. Polis rəisi bildirib ki, ələ keçirilən terrorçular arasında 17 yaşlı məktəbli və 51 yaşlı evdar qadın da var. Məktəbli əyləncə mərkəzlərinə, qeyri-müsəlman şəxslərin çox olduğu müəssisələrə “Molotov kokteyli” atmağı, qadın isə seçki günü maşınla insanları əzməyi planlaşdırıb.

Aysel Kərimova