Prezidentin kortec avtomobili 13 yaşlı oğlanı vurdu - Video



 

Kiyevdə prezident Pyotr Poroşenkonun kortec avtomobili 13 yaşlı gənci vurub.

"Qafqazinfo" Ukrayna KİV-nə istinadən xəbər verir ki, Qriqorenko küçəsində baş verən hadisədə prezident administrasiyasına məxsus "Volkswagen" xüsusi avtomobili velosipedlə hərəkət edən oğlanı vurub. 100 metrədək sürüklənən yeniyetmənin vəziyyəti ağırdır. Sürücünün qanında alkoqol aşkarlanmayıb. 

Xatırladaq ki, 2 ay əvvəl də Poroşenkonun kortecindən olan avtomobil yaşlı qadını vurmuşdu.