Daha bir ölkə “Facebook”u qadağan etdi



 

Papua-Yeni Qvineya bir aylıq "Facebook"u qadağan edib.

"Qafqazinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, bu qərar "Facebook"un cəmiyyət üzərindəki təsirini öyrənmək üçün verilib. Texnologiyalar naziri Sam Basi bununla, həmçinin sosial şəbəkədə pronoqrafiya və yalan xəbər paylaşan istifadəçilərin də aşkarlanacağını bildirib. Nazir "Facebbok"a bənzər sosial şəbəkə qurmağa hazırlaşdıqlarını deyib. 

Qeyd edək ki, 8 milyon əhalisi olan Papua-Yeni Qvineya xalqının 10%-nin internetə çıxışı var.