Bu ölkədə sosial şəbəkədə olanlar vergi ödəyəcək



 

Uqanda parlamenti gözlənilməz qərar qəbul edib.

"Qafqazinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, bundan sonra sosial şəbəkədən istifadə edən hər kəs vergi ödəyəcək. "Facebook", "Twitter" və WhatsApp istifadəçiləri 200 şillinq (0,027 dollar) vergi verməlidirlər. Uqanda hökuməti bu qərarı dövlətin gəlirlərini artırmaq və dezinformasiyanın qarşısını almaq məqsədilə qəbul etdiklərini deyib.

Qeyd edək ki, Uqandanın 41 milyonluq əhalisinin 23,6 milyonu mobil telefondan, 17 milyonu isə internetdən istifadə edir.