Lüterançılar Mübariz Qurbanlıya qarşı



 

“Bakı şəhərindəki Yevangelst-Lüteran İcması” məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı iddia qaldırıblar.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, icra üzvləri komitə sədri Mübariz Qurbanlının hərəkətlərinin qanunsuz hesab edilməsini, vəzifələrinin qanuna müvafiq icra edilməsi, icma ilə olan hüquq münasibətlərinə aydınlıq gətirilməsini tələb ediblər. 

İddiaya ilkin olaraq 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb və çıxarılan qərardada əsasən iddia mümkünsüz sayılıb.

Daha sonra Lüterançılar qərardan narazı qalaraq apellyasiya şikayəti veriblər. Hazırda işə Bakı Apellyasiya Məhkəməsinin hakimi Həmid Həmidovun sədrliyi ilə baxılır.

“Qafqazinfo” Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sorğu göndərərək həmin icma ilə bağlı sədrin hansı qərarlar verdiyinin aydınlaşdırılmasını istəyib. Lakin dövlət qurumu sorğunu cavablamaqdan imtina edib.

Murad Əhməd