Qazaxıstan Rusiyadan gələn benzini istəmir - İdxala qadağa



 

Qazaxıstanın Energetika Nazirliyi Rusiyadan dəmiryolu vasitəsilə benzin idxalına qadağa qoyulması haqda əmr hazırlayıb.

"Qafqazinfo" vesti.ru-ya istinadən xəbər verir ki, sənəd energetika naziri Kanat Bozumbayev tərəfindən imzalanıb. Əmrin mətnində qeyd olunur ki, Rusiyadan benzin idxalına qadağa 3 aylıq müddət üçün nəzərdə tutulur.

Hazırda əmr iyunun 6-dək müzakirə mərhələsindədir. Son qərar bu tarixdən sonra veriləcək. Benzin idxalına müvəqqəti qadağanın səbəbi göstərilmir.