Ankarada sel faciəsi - Ölən var



 

Türkiyənin paytaxtı Ankarada güclü leysan selə səbəb olub.

“Qafqazinfo” “ensonhaber”ə istinadən xəbər verir ki, Bala qəsəbəsində 1 nəfər sel sularında boğularaq ölüb.

Həmçinin, 51 obyekt, 9 avtomobil və 3 keçidə ciddi ziyan dəyib.

Poladlı qəsəbəsində isə kənd təsərrüfatı sahəsində köməksiz qalan 35 işçi xilasedicilər tərəfindən xilas ediliblər.