Ukraynada rus jurnalist öldürüldü



 

Rus jurnalist Arkadi Babçenko Ukrayanın paytaxtı Kiyevdə öldürülüb.

“Qafqazinfo” “gazeta.ru”ya istinadən xəbər verir ki, şəhərin Dneprovski bölgəsindəki Nikolsko-Slobodksya küçəsində bir nəfərin yaralı olduğu barədə polisə məlumat daxil olub.

Dərhal hadisə yerinə təcili yardım briqadaları və polislər cəlb edilib.

Həkimlərin bütün cəhdlərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.