Bakıda avtomobil piyadanı öldürdü, sürücü hadisə yerindən qaçdı



 

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bəşir Bünyatov küçəsində naməlum avtomobil yolu keçməyə çalışan 79 yaşlı kişini vurub.

Ağır xəsarət alan piyada hadisə yerindəcə keçinib. Qəzanı törədən sürücü nəqliyyat vasitəsi ilə birgə uzaqlaşıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar aparılır.