Fransanın XİN rəhbəri Bakıya gəlib
Fransanın xarici işlər naziri Jan-İv Lö Drian bu gün Azərbaycana gəlib.
Bu barədə “Qafqazinfo”ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində Jan-İv Lö Drianın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Görüşdən sonra Azərbaycan və Fransa XİN rəhbərlərinin birgə mətbuat konfransı nəzərdə tutulur.